İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubiales kitabının təqdimatı zamanı yumurta atəşinə tutulub.
İdman.Biz xəbər verir ki, bu barədə “Sport-express” məlumat yayıb.
“Həyasız!” - deyə, hücum edən şəxs keçmiş rəsmiyə doğru qışqırıb.
L. Rubiales yumurtalardan yayınmağa çalışıb və ona tərəf gələn kişiyə doğru qaçıb, lakin həmin şəxs tez bir zamanda oradan çıxarılıb.
Luis Rubialesin həmin gün “Rubialesi öldürmək” kitabının təqdimatını keçirib. Kitab ona qarşı ardıcıl şəkildə yalan və uydurma məlumatların necə hazırlandığını əhatə edir.
Xatırladaq ki, Rubiales qadınlar arasında Dünya Çempionatının finalından sonra İspaniya futbol millisinin kapitanı Cennifer Hermosonu dodaqlarından öpmüşdü. Hermoso bu hadisədən sonra Rubialesə qarşı iddia qaldırıb. Prokurorluq Rubialesə qarşı araşdırmaya başladıb. Baş vermiş hadisədən sonra Rubiales İspaniya Futbol Federasiyası prezidentliyindən uzaqlaşdırılıb.
