Mbappe “Real”ın son oyunlardakı uğursuzluqlarından danışıb

Xəbərlər
14 Noyabr 2025 09:56
24
Mbappe “Real”ın son oyunlardakı uğursuzluqlarından danışıb

Fransalı hücumçusu Kilian Mbappe “Real”(Madrid) klubunun son çıxışlarını qiymətləndirib.

İdman.Biz xəbər verir ki, hücumçu fikirlərini “Cope” radiosuna açıqlayıb.

K.Mbappe Madrid klubunun Çempionlar Liqasında “Liverpul”a məğlubiyyətini və “Rayo Valekano” ilə heç-heçəni dəyərləndirib.

“Son iki oyunda pis oynadıq, bunu özümüz də bilirik. Amma fasilədən sonra “Elçe”ni məğlub etməyə hazır şəkildə qayıdacağıq” - deyə K.Mbappe vurğulayıb.

O əlavə edib ki, komanda yalnız qələbələrə köklənib.

“Bu mövsüm bütün titulları qazanmaq üçün birlikdəyik”, - deyə o, Cope radiosuna müsahibəsində bildirib.

İdman.Biz

Məqalədə: