Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Millimizin futbolçusu Türkiyədəki mərc oyunlarına görə cəzalandırıldı: 45 günlük futboldan uzaqlaşdırıldı - İdman və Biz

Millimizin futbolçusu Türkiyədəki mərc oyunlarına görə cəzalandırıldı: 45 günlük futboldan uzaqlaşdırıldı

Xəbərlər
13 Noyabr 2025 17:25
23
Millimizin futbolçusu Türkiyədəki mərc oyunlarına görə cəzalandırıldı: 45 günlük futboldan uzaqlaşdırıldı

Türkiyə Futbol Federasiyanın açıqladığı mərc oyunlarında iştirak edən futbolçuların siyahısında Azərbaycan milli komandasının üzvü Mert Çelik də var.

İdman.Biz bu barədə Türkiyə Futbol Federasiyasına(TFF) istinadən məlumat yayıb.

Belə ki, TFF-nin Futbol İntizam Komitəsi bu gün mərc oyunlarında iştirak edən futbolçuların cəzalarını açıqlayıb.

Beləliklə, “Sivasspor”ın formasını geyinən Mert Çeliyin də cəzası məlum olub. Peşəkar Futbol İntizam Komitəsi Mert Çelikin mərc fəaliyyəti səbəbilə Futbol İntizam Qaydalarının 57/2-ci və 13-cü maddəsinin tətbiqi ilə əlaqədar 45 günlük futboldan uzaqlaşdırması qərarını çıxarıb.

Qeyd edək ki, Mert Çelik ölkəmizdə “Neftçi” və "Səbail"in formasını geyinib. O, Azərbaycan milli komandasının heyətində bir oyunda meydana çıxıb.

İdman.Biz

Məqalədə: