İspaniya Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubiales 2023-cü ildə qadın futbolçuların dünya çempionatı zamanı baş verən qalmaqalla bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, Rubiales həmin hadisədə səhvə yol verdiyini etiraf edib, lakin məsələni cinayət kimi qiymətləndirilməsini əsassız adlandırıb.
“Mən orada səhv etdim, amma qalan hər şey həddindən artıq şişirdilib. Prezident kimi daha peşəkar davranmalı idim”, - Rubiales bildirib.

O, iddiaları rədd edərək, həmin jestin futbolçu Jenni Hermoso ilə qarşılıqlı razılıq əsasında baş verdiyini deyib.

Rubiales əlavə edib ki, hadisənin media və siyasi dairələr tərəfindən məqsədli şəkildə böyüdülməsi vəziyyəti gərginləşdirib.
