Futbol üzrə Kanada Premyer Liqasında final oyunu zamanı liqa tarixinin ən möhtəşəm qollarından biri qeydə alınıb.
İdman.Biz xəbər verir ki, qar fırtınası altında keçirilən həlledici görüşdə “Atletiko Ottava”nın yarımmüdafiəçisi David Rodriqez akrobatik tullanışla topu “Kavalri” klubunun qapısına göndərib və hesabı bərabərləşdirib.
Əlavə vaxtda Rodriqez, dubla imza ataraq komandasına klub tarixində ilk çempionluq titulunu qazandırıb.
Qeyd edək ki, “Atletiko Ottava” İspaniyanın məşhur “Atletiko”(Madrid) klubunun Kanada filialıdır.
