“Şamaxı” klubunun futbolçusu Alfons Mabula Msanqa Tanzaniya milli komandasına dəvət olunub.
İdman.Biz xəbər verir ki, Tanzaniya yığması 12-16 noyabr tarixlərində Misirdə təlim-məşq toplanışı keçirəcək.
Hazırlıq çərçivəsində komanda 15 noyabrda Küveyt yığması ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.
