“Real Madrid” rəhbərliyi gələn yay heyəti genişmiqyaslı şəkildə gücləndirməyi hədəfləyir.
İdman.Biz xəbər verir ki, klub həm “Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays, həm də PSJ-nin hücumameylli cinah oyunçusu Bredli Barkolanı transfer etmək istəyir.
Məlumata görə, Madrid klubu bu iki transfer üçün 250 milyon avro (455 milyon AZN) büdcə ayırıb. Komandanın hazırkı baş məşqçisi Xabi Alonsonun da hər iki futbolçunun alınmasına müsbət rəy verdiyi bildirilir.
Transfer danışıqlarının yayda aktiv mərhələyə keçməsi gözlənilir.
