“Sabah”ın qapıçısı Nicat Mehbalıyev ailə həyatı qurub

Xəbərlər
5 Noyabr 2025 14:30
43
“Sabah”ın qapıçısı Nicat Mehbalıyev ailə həyatı qurub

“Sabah” Futbol Klubunun qapıçısı Nicat Mehbalıyev ailə həyatı qurub.

İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisi sosial şəbəkə hesablarında paylaşım edib.

Klub futbolçunu təbrik edib və ona xoşbəxt ailə həyatı arzulayıb.

Qeyd edək ki, Nicat Mehbalıyev “Sabah” klubunun heyətində həm Premyer Liqa, həm də avrokubok matçlarında çıxış edib.

İdman.Biz