Stiven Cerrard Rusiyadan gələn təklifi rədd etdi

Xəbərlər
3 Noyabr 2025 15:46
78
Stiven Cerrard Rusiyadan gələn təklifi rədd etdi

Rusiyanın “Spartak” klubu baş məşqçi postu üçün ingilis mütəxəssis Stiven Cerrardla danışıqlar aparsa da, tərəflər razılığa gəlməyib.

İdman.Biz xəbər verir ki, Cerrad hazırkı beynəlxalq vəziyyətə görə Rusiyada çalışmaq istəmədiyini bildirib.

O, yaxın vaxtlarda Rusiyada işləmək planının olmamasını deyib.

Mənbənin məlumatına görə, Moskva klubu 2023-cü ilin yayında da onu baş məşqçi postuna gətirmək istəyirdi. Həmin vaxt da Cerrard eyni səbəbdən - beynəlxalq siyasi vəziyyət və Rusiyaya keçidin karyera imicinə təsiri - təklifi rədd etmişdi.

Qeyd edək ki, 45 yaşlı mütəxəssisin son iş yeri Səudiyyə Ərəbistanı Premyer Liqasında çıxış edən “Al-İttifaq” olub.

İdman.Biz

Məqalədə: