“Mançester Siti” “Bornmut”u məğlub edib - VİDEO

Xəbərlər
2 Noyabr 2025 23:22
64
“Mançester Siti” “Bornmut”u məğlub edib - VİDEO

İngiltərə Premyer Liqasının 10-cu turunda keçirilən oyunda “Mançester Siti” öz meydanında “Bornmut” üzərində 3:1 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, matçın 17-ci dəqiqəsində Erlinq Haaland meydan sahiblərini önə çıxarıb.

25-ci dəqiqədə Tayler Adams hesabı bərabərləşdirsə də, 32-ci dəqiqədə Haaland dubl edib. 60-cı dəqiqədə Niko O’Rayli “şəhərlilər”in üçüncü qoluna imza atıb.

Qeyd edək ki, bu qələbədən sonra “Mançester Siti” 19 xalla turnir cədvəlində 2-ci pillədə, “Bornmut” isə 18 xalla 4-cü yerdə qərarlaşıb.

Növbəti turda - noyabrın 9-da “Mançester Siti” “Liverpul”u qəbul edəcək, “Bornmut” isə eyni gün səfərdə “Aston Villa” ilə qarşılaşacaq.

İdman.Biz