Madridin “Real” klubu Avstriyanın “Red Bull Zalsburq” klubunun 18 yaşlı cinah hücumçusu Kərim Alaybekoviçlə maraqlanır.
İdman.Biz xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Kral klubu” bosniya və herseqovinalı futbolçu ilə uzunmüddətli müqavilə imzalamaq variantını nəzərdən keçirir.
Eyni zamanda, “Sky Sport Germany”nin məlumatına görə, Kərim Alaybekoviçlə İngiltərə Premyer Liqasının “Mançester Yunayted” və “Çelsi” kimi klubları da maraqlanır.
Futbolçunun “Red Bull Zalsburq” klubu ilə qüvvədə olan müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalında yer alan məlumata əsasən, oyunçunun bazar dəyəri 5 milyon avrodur.
