Azərbaycan Kubokunun oyunu “Qəbələ”nin futbolçusu üçün əlamətdar olub

Xəbərlər
31 Oktyabr 2025 11:45
45
Azərbaycan Kubokunun oyunu “Qəbələ”nin futbolçusu üçün əlamətdar olub

Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Qəbələ” - “Mingəçevir” oyunu meydan sahiblərinin futbolçusu Prins Ovusu üçün əlamətdar olub.

İdman.Biz bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin görüşdə het-trikə imza atan 19 yaşlı qanalı legioner klub tarixinə bir matçda üç qol vuran 7-ci futbolçu kimi düşüb.

“Qəbələ”nin tarixində het-trik edən digər futbolçular Vüsal Qarayev, Fərzad Hatəmi, Teo Uiks, Baqali Dabo, Filip Ozobiç və Bilel Auaşeriyadır.

Qeyd edək ki, qarşılaşma Qəbələ təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz