"Kəpəz" qapıçı problemini həll etməyə yaxındır.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi diqqətini yenidən "Neftçi"nin qolkiperi Rza Cəfərova yönəlib.
"Sarı-göylər"in baş məşqçisi Azər Bağırov polşalı Kaçper Rosanı heyətdə görmək istəmir. Komandanın digər qapıçısı Məmməd Hüseynov isə həm son oyunda qırmızı vərəqə alıb, həm də zədələnib. Üstəlik, gənc qolkiper təcrübə baxımından da çatışmazlıq yaşayır.
Bu səbəbdən "Kəpəz" rəhbərliyi yeni qapıçı transferinə yönəlib.
"Kəpəz" daha əvvəl də, daha dəqiq desək, mövsümün startı ərəfəsində Cəfərov üçün "Neftçi"yə rəsmi təklif göndərmiş, lakin razılıq əldə olunmamışdı.
Məsələ ondadır ki, Rza bu mövsüm "Neftçi"də forma şansı əldə edə bilmir və paytaxt klubundan ayrılma ehtimalı real görünür.
Onun qışda "Kəpəz"ə icarəyə veriləcəyi real görünür.
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    