“Qarabağ”ın sabiq futbolçusu Ovusu Kvabeanın karyerasını yenidən Azərbaycanda davam etdirmək imkanı olub.
İdman.Biz sport24.az- istinadən xəbər verir ki, hətta 28 yaşlı hücumçu yayda Premyer Liqa təmsilçilərinə də təklif edilib.
Lakin qanalı forvardın çox maaş istəməsi transferə mane olub.
Qeyd edək ki, Ovusu Kvabena 2020-2023-cü illərdə Ağdam klubunun formasını geyinib. O, “köhlən atlar”la iki dəfə Azərbaycan çempionu olub. Hücumçu hazırda İsrailin yüksək liqasında çıxış edən “Makkabi Bney Reyneh” komandasının formasını geyinir.
