Qarabağ” artıq ilk “yüzlük”də yer almır - FOTO

Xəbərlər
30 Oktyabr 2025 10:58
52
Qarabağ” artıq ilk “yüzlük”də yer almır - FOTO

Dünya klublarının növbəti reytinq cədvəli açıqlanıb.

İdman.Biz xəbər verir ki, “Opta”nın araşdırmasına görə, son cədvəllə müqayisədə Misli Premyer Liqasının iştirakçılarının mövqelərində yerdəyişmə olub.

Azərbaycanın ən reytinqli klubu “Qarabağ” dünya sıralamasında ilk “100-lüy”ü tərk edib. 12 pilləlik geriləmə yaşayan Ağdam təmsilçisi 110-cu sıraya düşüb. Digər klublarımızdan heç biri ilk “300-lüy”ə belə sığa bilməyib.

“Qarabağ”la yanaşı, “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ”, “Karvan-Yevlax” və “Kəpəz”də də geriləmə müşahidə olunub. Xüsusən də son 3 komanda 100-dən çox komandanı özündən irəli buraxıb.

Zirə”, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “İmişli” və “Şamaxı” isə irəliləyiblər. “İmişli”nin 115 pilləlik yüksəlişi diqqət çəkir.

Klublarımızın dünya reytinqində mövqeləri:

110 (-12). “Qarabağ” – 81, xal

400 (3). “Zirə” – 74,9

565 (5). “Sabah” – 72,9

758 (21). “Turan Tovuz” – 70,7

762 (-13). “Araz-Naxçıvan” – 70,7

854 (68). “Neftçi” – 69,9

1228 (115). “İmişli” – 67,0

1408 (-21). “Sumqayıt” – 65,7

1432 (58). “Şamaxı” – 65,5

1525 (-127). “Qəbələ” – 65,0

2098 (-102). “Karvan-Yevlax” – 62,4

2144 (-223). “Kəpəz” – 62,2

Qeyd edək ki, dünya reytinqinə 100,0 xalla İngiltərə klubu “Arsenal” başçılıq edir. PSJ (Fransa – 98,5) ikinci sıradakı yerini qoruyubsa, “Liverpul” (İngiltərə – 97,5) üçüncü pilləyə yüksəlib. Reytinqdə ümumilikdə 13 min 235 klub sıralanıb.

İdman.Biz