Bu gün Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol yığması Avropa çempionatının seçmə mərhələsinin B Liqasının I qrupunda son oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, B Liqasının I qrupunda yer alan Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.
Qarşılaşma Kişineuda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.
