Pedri təxminən bir ay meydandan kənarda qalacaq - VİDEO

29 Oktyabr 2025 17:18
150
Pedri təxminən bir ay meydandan kənarda qalacaq - VİDEO

“Barselona”nın yarımmüdafiəçisi Pedri Qonsales zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

İdman.Biz xəbər verir ki, məlumatı jurnalist Fabritsio Romano təsdiqləyib.

İspan futbolçu son məşqlərdən birində əzələ zədəsi alıb. İlkin diaqnoza əsasən, futbolçu millilərə veriləcək fasiləyə qədər meydana çıxmayacaq.

Bərpa prosesinin 3-4 həftə davam edəcəyi gözlənilir.

İdman.Biz