Minifutbol üzrə Azərbaycan çempionatında I turun oyunları başa çatıb - YENİLƏNİB

30 Oktyabr 2025 01:27
199
Minifutbol üzrə Azərbaycan çempionatında I turun oyunları başa çatıb - YENİLƏNİB

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının I turunun növbəti oyunları keçirilib.

İdman.Biz xəbər verir ki, I turun növbəti dörd oyunu bu gün baş tutub.

“Cənub Storm” “Galaxy”yə böyük hesabla məğlub olub - 1:6.

“Borçalı” da “Lerik Əvilə” ilə oyunda darmadağınla üzlə.ib - 0:4.

“Birbaşa Bakı” - “Zirə” oyunu da qonaqların qələbəsi ilə qurtarıb - 1:2.

Yalnız “Siyəzən” öz meydanında “Gənclərbirliyi”ndən üstün ola bilib - 5:0.

10:57

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının I turunun növbəti oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, I turun növbəti dörd oyunu bu gün baş tutacaq.

Belə ki, “Cənub Storm” - “Galaxy” ilə, “Borçalı” - “Lerik Əvilə”, “Birbaşa Bakı” - “Zirə”, “Siyəzən” - “Gənclərbirliyi” qarşılaşacaq.

Qeyd edək ki, ötən gün turun ilk günündə dörd oyun keçirilib. “Aznur” “Star Bakı”ya heç bir şans verməyib - 18:2. “Atəşgah Suraxanı” “Lənkəran”ı (5:4), “DİN İdman Cəmiyyəti” “Bakı 145”i (5:3) məğlub edib. “Sumqayıt” - “Buxar” duelində isə qalib müəyyənləşməyib - 2:2.

İdman.Biz