Dani Alveş kilsədə moizə oxuyur: “Tanrıya inanmaq lazımdır” - VİDEO

Xəbərlər
28 Oktyabr 2025 10:03
49
Dani Alveş kilsədə moizə oxuyur: “Tanrıya inanmaq lazımdır” - VİDEO

Futbol üzrə Braziliya millisinin və “Barselona” klubunun müdafiəçisi Dani Alveş İspaniyadakı kilsələrdən birində moizə oxuyub.

İdman.Biz bu barədə "AS" nəşrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 42 yaşlı braziliyalı Jirona şəhərində yerləşən “Elim” adlı kilsədə tez-tez çıxış edir. Dani Alveş əsasən çərşənbə axşamı və bazar günləri keçirilən ainlərinə qatılır.

İnternet yayılan yeni videoda D.Alveş kilsədə insanları Allaha inanmağa dəvət edir:

“Allaha inanmaq lazımdır. Mən bunun canlı sübutuyam. Tanrı ilə əhd bağlamışam. Ətrafınızda tufan belə qopsa bilin ki, yanınızda hər zaman Tanrının elçisi olur. Həyatımın ən çətin anında həmin elçi mənə iman yoluna dönməkdə kömək etdi və məni kilsəyə gətirdi. İndi bu yolda onun sayəsində addımlamağa davam edirəm”, - deyə D.Alveş qeyd edir.

Xatırladaq ki, 2024-cü ilin fevralında Dani Alveş 4.5 il azadlıqdan məhrum edilmişdi. Onun vəkilləri qərardan şikayət vermişdi. Ötən ilin martında idmançı 14 ay həbsdə qaldıqdan sonra 1 milyon avro girov müqabilində həbsdən azad edilib.

İdman.Biz

Məqalədə: