İngiltərə futbolunun əfsanəvi məşqçisi Arsen Venger “El Klasiko” ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Venger “beINSPORTS”a açıqlamasında “Real Madrid”in müdafiə xəttinin “Barselona” ilə müqayisədə daha güclü göründüyünü bildirib.
Onun sözlərinə görə, “Real” hücumda daimi təhlükə hissi yaradıb, “Barselona” isə topa nəzarət etsə də, real qol epizodları yarada bilməyib: “Barselona topa sahib idi, amma təhlükə yox idi. Madridlilər isə hər hücumda təhlükə hiss etdirirdi”.
Venger həmçinin Xabi Alonsonun əməyini xüsusi qiymətləndirib: “Xabi Alonsoya hörmət etmək lazımdır. O, fantastik iş görüb”.
