Cinayətkar dəstə “Zenit”in futbolçusunu qaçırmağa cəhd edib - VİDEO

Xəbərlər
27 Oktyabr 2025 13:05
39
Cinayətkar dəstə “Zenit”in futbolçusunu qaçırmağa cəhd edib - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində “Zenit” klubunun oyunçusunu qaçırmağa cəhd olunub.

İdman.Biz Championat.com-a istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də baş versə də, mətbuata hadisə barədə məlumat bu gün ötürülüb. Futbolçu Aleksandr Mostovoy yoldan təsadüfi keçənlərin köməyi ilə hücum edənlərdən qoruna bilib.

Bundan iki gün sonra – oktyabrın 25-də həmin dəstə başqa bir şəxsə hücum edərək ondan 10 milyon rubl (təxminən 210 min AZN) tələb edib.

Məlumata görə, hücum edənlər artıq saxlanılıb və onların barəsində adam oğurluğu, adam oğurluğuna cəhd və quldurluq maddələri ilə cinayət işi açılıb.

İdman.Biz

Məqalədə: