Ceyhun Nuriyev Premyer Liqada 100-cü matçını keçirib

Xəbərlər
27 Oktyabr 2025 12:50
33
Ceyhun Nuriyev Premyer Liqada 100-cü matçını keçirib

Misli Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub.

İdman.Biz Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib.

Bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, hesabında 11 qol olan Nuriyev Premyer Liqada iki klubun formasını geyinib. Premyer Liqada 2020/21 mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə şans qazanıb.

İdman.Biz