“Topçular” müdafiəni gücləndirir - FOTO

Xəbərlər
27 Oktyabr 2025 11:05
46
“Topçular” müdafiəni gücləndirir - FOTO

İngiltərənin “Arsenal” klubu müdafiəni zədədən sonra bərpa olan ekvadorlu gənc futbolçu ilə gücləndirir.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, “topçular”ın baş məşqçisi Mikel Arteta, “azarkeşlərimiz Piero Hincapiyeni çox sevəcəklər, bunu yadda saxlayın”, - deyə bildirib.

Arteta fikrinin davamı olaraq əlavə edib ki, Pieronun meydanda olması əladır: “Onun aqressiyasını, hər hərəkətində göstərdiyi əzmkarlığı və tam bağlılığını dərhal hiss edəcəksiniz”.

Qeyd edək ki, ekvadorlu futbolçu zədəsini sağaldıb və iki aydan sonra ilk dəfə meydana çıxıb - o, oyunun sonlarında əvəzlənərək minimal üstünlüyü qorumağa kömək edib.

Piero Hincapiye Ekvadordan olan gənc və dinamik müdafiəçidir. O, həm mərkəzdə, həm də sol cinahda oynaya bilir və aqressiv müdaxilələri, sürəti və toplu vəziyyətlərdə soyuqqanlı davranışı ilə seçilir. Gənc yaşına baxmayaraq, artıq həm klub, həm də milli səviyyədə əsas heyət futbolçusu kimi formalaşıb.

İdman.Biz