Qadın futbolçularımız Avropa çempionatının seçmə mərhələsində məğlub oldu

Xəbərlər
24 Oktyabr 2025 17:48
32
Qadın futbolçularımız Avropa çempionatının seçmə mərhələsində məğlub oldu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.

İdman.Biz xəbər verir ki, B Liqasının I qrupunda yer alan yığma Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Kişineu şəhərində yerləşən “Zimbru 2” stadionunda keçirilən görüş rəqibin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.

İdman.Biz