Mərakeşli futbolçu Hakim Ziyeş vətəninə qayıdır.
İdman.Biz xəbər verir ki, məşhur insayder Fabritsio Romano 32 yaşlı yarımmüdafiəçinin “Vidad” (Kasablanka şəhərini təmsil edən klub – red.) klubu ilə razılığa gəldiyini yazıb.
H.Ziyeşin yeni komandası ilə bir illik müqavilə imzalayacağı bildirilir.
Təcrübəli oyunçu ötən ilin iyulundan azad agent statusuna malik idi.
Qeyd edək ki, H.Ziyeş karyerası ərzində “Ayaks”, “Çelsi”, “Qalatasaray” kimi klubların formasını geyinib. Ziyeşin son komandası isə Qətərin “Əl-Duhail” klubu olub.