UEFA Çempionlar Liqası: Bu gün III tura yekun vurulacaq

Xəbərlər
22 Oktyabr 2025 09:25
44
UEFA Çempionlar Liqası: Bu gün III tura yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, turun son günündə daha 9 qarşılaşma keçiriləcək.

“Qarabağ” İspaniyanın Bilbao şəhərində "Atletik"in qonağı olacaq.

Azərbaycan çempionunun rəqiblərindən olan “Çelsi” ilə “Ayaks”, “Ayntraxt Frankfurt”la isə “Liverpul”la qarşılaşacaq.

Türkiyə çempionu “Qalatasaray” isə öz meydanında Norveçin “Budo/Qlimt” komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, növbəti turun oyunları noyabrın 4-5-də keçiriləcək.

UEFA Çempionlar Liqası
Əsas mərhələ, III tur
22 oktyabr

20:45. "Atletik Bilbao" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

20:45. "Qalatasaray" (Türkiyə) - "Budo/Qlimt" (Norveç)

23:00. "Ayntraxt Frankfurt" (Almaniya) – "Liverpul" (İngiltərə)

23:00. "Atalanta" (İtaliya) – "Slaviya" (Çexiya)

23:00. "Bavariya" (Almaniya) – "Brügge" (Belçika)

23:00. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə)

23:00. "Real" (İspaniya) – "Yuventus" (İtaliya)

23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa)

23:00. "Çelsi" (İngiltərə) – "Ayaks" (Niderland).

İdman.Biz