“Kəpəz”in legioneri: “İmişli” ilə oyunda əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ

Müsahibə
21 Oktyabr 2025 14:37
71
“Kəpəz”in legioneri: “İmişli” ilə oyunda əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ

“İmişli” son vaxtlar çətin matçlar keçirir, bu liqada asan oyun yoxdur".

Bunu “Kəpəz”in braziliyalı hücumçusu Luis Paçu futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Premyer Liqanın 8-ci turunda “Şamaxı”nı 4:1 hesablı məğlubiyyət uğratdınız. Oyundan əvvəl bu qələbəni gözləyirdiniz?

– Komandadan çox yaxşı çıxış gördük, hər kəs böyük xarakter göstərdi. Geri düşməyimizə baxmayaraq, sona qədər mübarizə apardıq və qalib gəldik. Bu qələbə bizim üçün çox vacib idi.

– Bu, mövsümdə ilk qələbənizdir. Sizcə, uğurlu gedişatı davam etdirə biləcəksinizmi?

– Ən çox istədiyimiz şey qələbələrdir. Növbəti oyunda da əlimizdən gələni edəcəyik və daha 3 xal üçün oynayacağıq.

– Bu qələbə sizə növbəti oyunlar üçün motivasiya verəcəkmi?

– Əlbəttə. Bu qələbə bizə növbəti oyunlar üçün inam qazandırır.

– Sizcə, son pillədən uzaqlaşa biləcəksiniz?

– Bunun üçün belə işləməyə davam etməliyik. Qarşımızda hələ çox oyun var, amma ciddi çalışmaq və təvazökar qalmaq lazımdır.

– Növbəti oyun “İmişli”yə qarşı olacaq. Rəqibə qalib gəlməyə hazırsınızmı?

– Böyük oyun olacaq. “İmişli” son vaxtlar çətin matçlar keçirir, bu liqada asan oyun yoxdur. Amma bir həftə ərzində hazırlaşacağıq və növbəti 3 xal üçün meydana çıxacağıq.

İdman.Biz