Sessi D’Almeyda: “Abubakarın gəlişi “Neftçi”yə güc qatacaq” - MÜSAHİBƏ

Müsahibə
20 Oktyabr 2025 10:38
33
Sessi D’Almeyda: “Abubakarın gəlişi “Neftçi”yə güc qatacaq” - MÜSAHİBƏ

“Əlbəttə, xal itkisi üzücüdür. Biz meydana yalnız 3 xal üçün çıxmışdıq”.

Bunu “Neftçi”nin yarımmüdafiəçisi Sessi D’Almeyda futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının 8-ci turunda “Araz-Naxçıvan”la xalları yarı böldünüz. 2:2-lik heç-heçəni necə şərh edərdiniz?

- Çətin oyun alındı. Matça yaxşı başladıq. Ardıcıl təhlükəli hücumlar qurduq. Bunun da nəticəsində hesabı açdıq. Sonradan rəqib bərabərlik qolunu vurdu. İkinci hissədə də hücumlarımızı davam etdirdik. Yekunda meydandan cəmi 1 xalla ayrıldıq. Qalib gəlmədiyimizə görə təəssüflənirik.

- Yaxşı oynasanız da, yenə də qalib gələ bilmədiniz...

- Əlbəttə, xal itkisi üzücüdür. Biz meydana yalnız 3 xal üçün çıxmışdıq. Təəssüf ki, sonda qazancımız 1 xal oldu.

- Nə üçün hesabı açdıqdan sonra “Neftçi” meydanda dayandı? Sanki komanda uduzmaqdan qorxur...

- Əslində, müəyyən çatışmazlıqlar var. Lakin mən bunları mətbuat üçün sadalamaq istəməzdim. Razıyam ki, hesabda önə keçdikdən sonra müdafiəyə daha çox diqqət ayırdıq. Bu da bizə baha başa gəldi.

- Abubakarın gəlişinə münasibətiniz necədir?

- Abubakar böyük futbolçudur. Belə bir oyunçun gəlişi “Neftçi”yə güc qatacaq, inam gətirəcək. Abubakar kimi futbolçu ilə bir komandada oynamağı kim istəməz ki?!

- Milli komandanız DÇ-2026-da çıxış etməyə çox yaxın olsa da, son turda bu şansı əldən verdi. Mundiala yollanmağınıza üçün nə çatmadı?

- Bəli, dünya çempionatına çox yaxın idik. Təəssüf ki, son turda Nigeriyaya uduzduq. Nəticədə də qrupu üçüncü pillədə başa vurduq. Belə demək mümkünsə, 1 xal bizi mundialdan məhrum etdi.

- “Araz-Naxçıvan”la görüşdə rəqibiniz olan Felipe Santosla bundan sonra Benin milli komandasında birgə çıxış edəcəksiniz...

- Bəli, bu münasibətlə onu təbrik etdim. Dünya çempionatına yollana bilməsək də, qarşıdan Afrika Millətlər Liqası gəlir. İnanıram ki, həmin turnirdə uğurlu çıxış edəcəyik və Santos da komandamız üçün faydalı olacaq.

İdman.Biz