Devid Bekhem “Mançester Yunayted”in satılmasında iştirak edə bilər

Xəbərlər
20 Oktyabr 2025 06:13
32
Devid Bekhem “Mançester Yunayted”in satılmasında iştirak edə bilər

Devid Bekhem “Mançester Yunayted”in satılma layihəsində iştirak edə bilər.

İdman.Biz "Daily Star"a istinadənxəbər verir ki, BƏƏ-dən olan konsorsium klubun nəzarət paketini Qlazer ailəsindən almaq üçün rəsmi təklif hazırlayır və kampaniyanın üzvü kimi Bekhemi görmək istəyir.

Məlumata görə, İngiltərə millisinin sabiq kapitanına layihənin səfiri kimi “Mançester Yunayted”də pay alma imkanı təqdim ediləcək. Bekhem artıq futbol klublarının idarə edilməsində təcrübəyə malikdir. O, “İnter Mayami” və İngiltərə klubu “Solford Siti”nin sahibidir.

Əgər Bekhem iştirakdan imtina etsə, investorlara dəstək üçün alternativ namizədlər “Yunayted”in digər əfsanələri - Erik Kantona və ya Ueyn Runi ola bilər.

Qeyd edək ki, Bekhem əvvəlki müsahibələrində hazırkı sahibləri tənqid edərək deyib ki, klub dəyişikliklərə və investisiyalara ehtiyac duyur və azarkeşlərin etimadının itirilməsi hər bir rəhbərlik üçün təhlükəli siqnaldır.

Qeyd edək ki, “Mançester Yunayted”in bazar qiyməti, təxminən 2 milyard funt sterlinq dəyərləndirilir. Lakin bir sıra KİV-in məlumatına görə, Qlazer ailəs nəzarət paketini 5 milyard funtdan az olmayaraq satmağa hazırdır.

İdman.Biz