Millimizin üzvü məşqçisinə avtomobil hədiyyə etdi - FOTO

Xəbərlər
18 Oktyabr 2025 16:07
48
Millimizin üzvü məşqçisinə avtomobil hədiyyə etdi - FOTO

Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Rza Cəfərov məşqçisinə avtomobil hədiyyə edib.

İdman.Biz xəbər verir ki, onun məşqçisi Elxan Ağayev sosial şəbəkə hesabında məlumat verib.

Mütəxəssis bildirib ki, R.Cəfərov ona “Hyundai Elantra” markalı avtomobil verib.

Qeyd edək ki, Elxan Ağayev “Neftçi”nin aşağı yaş qruplarında Rza Cəfərovun məşqçisi olub.

İdman.Biz