Kipr klubunun prezidenti avtomagistralda güllələndi - FOTO

Xəbərlər
17 Oktyabr 2025 13:37
45
Kipr klubunun prezidenti avtomagistralda güllələndi - FOTO

Kiprin “Karmiotissa” futbol klubunun prezidenti Stavros Dimostenus şəhərin magistralında güllələnərək öldürülüb.

İdman.Biz “Tass”a istinadən xəbər verir ki, hadisəni motosiklet sürən şəxs törədib. Polis əməkdaşları dərhal hadisə yerinə gəliblər və avtomagistralı bağlayıb.

Məlumata görə, cinayət qəsdən törədilib, şübhəlilər axtarılır. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 49 yaşlı Stavros Dimostenus klubu 2023-cü ildən idarə edib. Qısa müddət əvvəl klubun baş məşqçisi rusiyalı Aleksandr Kerjakov rəhbərliklə konflikt yaşayıb və komandadan ayrılmışdı.

İdman.Biz