Azər Bağırovun “qara siyahı”sına düşən NÖVBƏTİ LEGİONER

Xəbərlər
17 Oktyabr 2025 10:58
58
Azər Bağırovun “qara siyahı”sına düşən NÖVBƏTİ LEGİONER

“Kəpəz” klubunun yollarını ayırmaq istədiyi daha bir futbolçu müəyyənləşib.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi qışda nigeriyalı Olavale Onanuqa ilə vidalaşmaq niyyətindədir.

Yarımmüdafiəçinin çıxışı hazırkı məşqçilər korpusunu qane etmir.

Lakin “sarı-göylər” ilk növbədə oyunçu ilə anlaşmalıdır. Çünki Onanuqanın 2026-cı ilin yayınadək müqaviləsi var.

Hətta baş məşqçi Azər Bağırov ona növbəti matçlarda da özünü sübut etməsi üçün şans verəcəyini də deyib.

Qeyd edək ki, “Kəpəz”də bir neçə legioner “qara-siyahı”dadı. Daha əvvəl qapıçı Kaçper Rosanın bu oyunçulardan biri olduğu bildirilmişdi.

İdman.Biz