“Qalatasaray” azarkeşlərindən Qazaxıstan millisindən TRANSFER TƏLƏBİ

Xəbərlər
14 Oktyabr 2025 12:03
47
“Qalatasaray” azarkeşlərindən Qazaxıstan millisindən TRANSFER TƏLƏBİ

Türkiyənin “Qalatasaray” klubunun fanatları Qazaxıstan millisinin gənc oyunçusu Qalımjan Kenjebeyi İstanbul klubunun transfer siyahısına salınmasını tələb ediblər.

İdman.Biz xəbər verir ki, “Cim-bom”un azarkeşləri sosial şəbəkələrdə xüsusən son günlər Qazaxıstan milli komandasının heyətində fərqlənən bu yarımmüdafiəçini İstanbulda görmək arzusunda olduqlarını bildiriblər.

Xatırladaq ki, Qazaxıstan millisini futbolçusu 2026-cı il dünya çempionatının seçmə mərhələsində Lixtenşteyn üzərində inamlı qələbədən sonra (4:0) turun rəmzi yığmasına daxil edilib. Astanada Lixtenşteynə qarşı keçirilən oyunda Qalımjan Kenjebek dubl müəllifi olmaqla yanaşı, bir qolun ötürməsini də verib.

İdman.Biz