Danimarka yığması Yunanıstanı məğlub etdi – VİDEO

Xəbərlər
13 Oktyabr 2025 00:52
38
Danimarka yığması Yunanıstanı məğlub etdi – VİDEO

Dünya çempionatı – 2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin 4-cü turunda Danimarka millisi Yunanıstan üzərində qələbə qazanıb.

İdman.biz xəbər verir ki, Kopenhagen şəhərindəki “Parken” stadionunda baş tutan görüş 3:1 hesabı ilə yekunlaşıb.

İngiltərəli hakim Maykl Oliverin idarə etdiyi qarşılaşmanın 21-ci dəqiqəsində Rasmus Hoylund hesabı açıb. 40-cı dəqiqədə Yoakim Andersen fərqi artırıb, cəmi bir dəqiqə sonra isə Mikkel Damsqor meydan sahiblərinin üçüncü qolunu vurub.

Yunanıstan millisi yalnız 63-cü dəqiqədə Xristos Dzolisin qolu ilə fərqi azalda bilib.

Qeyd edək ki, hazırda Danimarka 10 xalla C qrupuna başçılıq edir, Yunanıstan isə 3 xalla üçüncü pillədə qərarlaşıb. Növbəti turda Danimarka noyabrın 15-də evdə Belarusla, Yunanıstan isə həmin gün öz meydanında Şotlandiya ilə qarşılaşacaq.

İdman.Biz