Bir sıra ekzotik ölkənin milli komandaları ilk dəfə futbol üzrə dünya çempionatında iştirak edə bilər.
İdman.biz “Sports.kz”ə istinadən xəbər verir ki, hazırda CONCACAF-da Kyurasao və Surinam öz qruplarında liderliyə yüksəlib.
Hər iki komanda indiyədək heç vaxt dünya çempionatında iştirak etməyib.
Afrika qitəsindən isə 2026-cı il mundialına ilk dəfə qatılmaq şansı olan yığmalar arasında Kabo-Verde, Madaqaskar, Benin, Burkina-Faso, Niger, Uqanda və Namibiya yer alır. Bu komandalar da tarixlərində hələ mundialın final mərhələsində oynamayıblar.
Xatırladaq ki, artıq 2026-cı il dünya çempionatında iştirak edəcək 20 komanda bəllidir: ABŞ, Meksika, Kanada (hamısı – ev sahibi), Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Ekvador, Yeni Zelandiya, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir və Əlcəzair.