“Real”ın sabiq futbolçusu Mariano Dias “TikTok”da yayılan süni intellekt videosunu paylaşaraq sosial mediada diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, videoda “Barselona” oyunçularının “El Clasiko” zamanı penalti üçün hakimə pul ödədiyi göstərilir.
Hazırda “Alaves”in hücumçusu olan Mariano Dias bu videonu repost edib və paylaşıma böyük maraq yaranıb.