“İmişli”nin braziliyalısı: “İndi əsas məsələ eyni istəklə davam etməkdir”

Xəbərlər
9 Oktyabr 2025 13:13
30
“İmişli”nin braziliyalısı: “İndi əsas məsələ eyni istəklə davam etməkdir”

“Araz-Naxçıvan”la qarşılaşma asan olmadı. Onların avrokuboklara vəsiqə üçün əsas favoritlərdən biri olduğunu bilirik. Buna baxmayaraq, meydanda mübarizə ruhumuzu və oyun keyfiyyətimizi ortaya qoyduq".

Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin futbolçusu Ronaldo Rodrigez de Souza deyib.

27 yaşlı braziliyalı mərkəz müdafiəçisi milli komandalara görə yaranan fasilənin komandaya təsiri haqda fikirlərini bölüşüb: "Fasilənin oyun ritmimizə təsir etməməsi üçün maksimum səylə çalışacağıq. Komanda olaraq hər gün yüksək motivasiya ilə məşq edirik. Bu fasiləni isə əlavə güc toplamaq və daha enerjili şəkildə növbəti oyuna qayıtmaq üçün bir fürsət kimi dəyərləndiririk. Bu nəticə bizim uzunmüddətli və məqsədyönlü çalışmalarımızın bəhrəsidir, buna görə təəccüblü deyil. İndi əsas məsələ eyni istəklə davam etmək, hər oyuna ciddi yanaşmaq və təvazökarlığı qoruyaraq irəliləməkdir".

Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasının 7 turundan sonra 8 xalla 8-ci pillədədir.

İdman.Biz