DÇ-2026-nın seçmə mərhələsi: Avstriya və Danimarkadan darmadağın - VİDEO

Xəbərlər
10 Oktyabr 2025 00:58
228
DÇ-2026-nın seçmə mərhələsi: Avstriya və Danimarkadan darmadağın - VİDEO

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün keçirilib.

İdman.biz xəbər verir ki, dörd qrupda səkkiz matç təşkil olunub.

G qrupunda yer alan Niderland yığması Maltanın qonağı olub. Qarşılaşma Niderlandın qələbəsi ilə başa çatıb - 4:0.

Bu qrupun digər qarşılaşmasına finlər Litvadan üstün olublar - 2:1.

Turun ən məhsuldar oyunu Avstriyada olub. H qrupunun oyununda avstriyalılar San Marinonun qapısından 10 cavabsız top keçiriblər.

Eyni qrupda olan Bosniya və Herseqovina isə son dəqiqələrdə Kipr üzərində səfər qələbəsini əldən verib - 2:2.

Danimarka millsi isə səfərdə Belarusu məyus edib - 6:0.

C qrupunun digər oyununda Şotlandiya Yunanıstana qalib gəlib - 3:1.

L qrupunda Çexlər Xorvatiyanın müqavimətini qıra bilməyiblər - 0:0.

Turun bəlkə də ən gözlənilməz nəticəsi bu qrupda qeydə alınıb. Farer adaları Monteneqronu 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

DÇ-2026

Seçmə mərhələ

9 oktyabr

C qrupu

Belarus – Danimarka - 0:6

Şotlandiya – Yunanıstan - 3:1

Xal durumu: Danimarka - 7 (3 oyun), Şotlandiya - 7 3 (oyun), Yunanıstan - 3 (3 oyun), Belarus - 0 (3 oyun).

G qrupu

Finlandiya ­– Litva - 2:1

Malta – Niderland - 0:4

Xal durumu: Niderland - 13 (5 oyun), Polşa - 10 (5 oyun), Finlandiya - 10 (6 oyun), Litva - 3 (6 oyun), Malta - 2 (6 oyun).

H qrupu

Kipr – Bosniya və Herseqovina - 2:2

Avstriya – San Marino - 10:0

Xal durumu: Avstriya - 15 (5 oyun), Bosniya və Herseqovina - 13 (6 oyun), Rumıniya - 7 (5 oyun), Kipr - 5 (6 oyun), San Marino - 0 (6 oyun)

L qrupu

Çexiya – Xorvatiya - 0:0

Farer adaları – Monteneqro - 4:0

Xal durumu: Xorvatiya - 13 (5 oyun), Çexiya - 13 (6 oyun), Farer adaları - 9 (6 oyun), Monteneqro - 6 (6 oyun), Cəbəllütariq - 0 (5 oyun).

İdman.Biz