“Araz-Naxçıvan” I Liqa komandası ilə yoxlama oyunu keçirəcək

Xəbərlər
8 Oktyabr 2025 14:25
30
“Araz-Naxçıvan” I Liqa komandası ilə yoxlama oyunu keçirəcək

Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar “Araz-Naxçıvan” yoxlama oyunu keçirəcək.

İdman.biz xəbər verir ki, Naxçıvan təmsilçisinin rəqibi I Liqada çıxış edən “Şəfa” komandası olacaq.

Qeyd edək ki, oktyabrın 10-da, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.

İdman.biz