Polşalı futbol mütəxəssisi Mixal Probej Qazaxıstan millisinin yeni baş məşqçisi olacaq.
İdman.biz xəbər verir ki, bu barədə "Kanał Sportowy" telekanalı məlumat yayıb.
Hazırda yığmaya müvəqqəti olaraq Talqat Baysufinov rəhbərlik edir.
Probej 2025-ci ilin yayında Polşa millisinin baş məşqçisi postunu tərk edib. Onun rəhbərliyi dövründə ən çox səs-küyə səbəb olan qərarlardan biri Robert Levandovskiyə kapitan sarğısının verilməməsi olub. Bu qərardan sonra hücumçu milli komandanın formasını geyinməkdən imtina edib.