“Qarabağ” “MecHack-9030” komandası ilə əməkdaşlığa başladı

Xəbərlər
7 Oktyabr 2025 14:47
34
“Qarabağ” “MecHack-9030” komandası ilə əməkdaşlığa başladı

“Qarabağ” Futbol Klubu Azərbaycanın və Qafqazın FIRST Robotics Competition (Elm və Texnologiyanın Təşviqi və Tanınması üçün Robototexnika Müsabiqəsi) üzrə ilk və yeganə komandası olan “MecHack-9030” komandası ilə rəsmi əməkdaşlığa başlayıb.

İdman.biz xəbər verir ki, əməkdaşlıq çərçivəsində komanda “Qarabağ MecHack-9030” adını daşıyacaq və gənclərin inkişafı, intellektual sahələrin təşviqi, eləcə də ölkəmizin beynəlxalq arenada tanıdılması istiqamətində birgə fəaliyyət göstərəcək.

“Qarabağ” əməkdaşlıqla gənclərin bacarıqlarının genişləndirilməsinə və Azərbaycan mədəniyyətinin tanıdılmasına verdiyi dəstəyi daha da gücləndirir.

“Qarabağ MecHack-9030” komandası son üç ildə beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edib və müxtəlif mükafatlar qazanıb.

İdman.biz