İbrahimoviç: “Kasıb, amma xoşbəxt idim”

Xəbərlər
7 Oktyabr 2025 09:36
43
İbrahimoviç: “Kasıb, amma xoşbəxt idim”

İsveç millisinin sabiq hücumçusu, hazırda “Milan”da məsləhətçi kimi çalışan Zlatan İbrahimoviç pul və xoşbəxtlik barədə fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, 44 yaşlı futbolçu sport.es portalına açıqlamasında pulun insanı xoşbəxt etmədiyini deyib:

“Normal qədər pula sahib olmaq yaxşı həyatı təmin edə bilər. Amma bu gün “normal” nədir? Mən yoxsul ailədə böyümüşəm - atam min avro qazanırdı və biz onu bölürdük. Buna baxmayaraq, xoşbəxt idim. Pul həyatı asanlaşdırır, amma xoşbəxtlik gətirmir. Xoşbəxtlik anlardan ibarətdir”.

İbrahimoviç həmçinin “Barselona”ya keçidinin onu məyus etdiyini etiraf edib:

“Nəyin bahasına olursa-olsun, orada oynamaq istəyirdim, amma bir ildən sonra bu, kabusa çevrildi”.

İdman.biz