“Hər bir futbolçu qol vurmaq istəyir. Bu mövsüm ilk qolum idi, ona görə sevinclə qeyd etdim. İrəlidə daha çox fərqlənərək komandama faydalı olmaq istəyirəm”.
İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərov deyib.
28 yaşlı forvard Premyer Liqanın VIII turunda “İmişli” üzərində 2:0 hesablı qələbə qazandıqları matçın 90+5-ci dəqiqəsində vurduğu qoldan danışıb:
“Gözlədiyimiz kimi çətin oyun oldu. Şükür ki, yaxşı çıxış edib qələbə qazandıq. Həmişə çalışıram ki, qol və ya asistlə komandama kömək edim. Bu dəfə fərqlənmək mənə qismət oldu”.