Tramp Ağ Evdə UFC turnirinin keçiriləcəyi tarixi elan etdi

Xəbərlər
6 Oktyabr 2025 08:11
27
Tramp Ağ Evdə UFC turnirinin keçiriləcəyi tarixi elan etdi

ABŞ-nin 47-ci prezidenti Donald Tramp Ağ Evin ərazisində qarışıq döyüş növləri üzrə UFC turnirinin keçiriləcəyi tarixi açıqlayıb.

İdman.biz xəbər verir ki, Tramp bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinə həsr olunmuş paradda çıxışı zamanı deyib.

O bildirib ki, gələn il iyunun 14-də Ağ Evin ərazisində böyük UFC döyüşü keçiriləcək.

Qeyd edək ki, həmin gün Donald Tramp həm də 80 illik yubileyini qeyd edəcək. Artıq Konor Makqreqor, Con Cons, Merab Dvalişvili, İliya Topuriya və Hamzat Çimayev kimi UFC ulduzları bu tədbirdə iştirak etmək istədiklərini açıqlayıblar.

Turnirin təşkilati işləri ilə şəxsən UFC prezidenti Dana Uayt məşğuldur. Onun sözlərinə görə, hazırda logistika məsələləri həll edilir və iştirakçı siyahısının tərtibinə 2026-cı ilin fevralında başlanacaq.

İdman.biz