“Nyukasl” “Nottinqem Forest”ə növbəti məğlubiyyəti yaşatdı

Xəbərlər
5 Oktyabr 2025 20:25
91
“Nyukasl” “Nottinqem Forest”ə növbəti məğlubiyyəti yaşatdı

İngiltərə Premyer Liqasının 7-ci turunda “Nyukasl” “Nottinqem Forest” üzərində 2:0 hesabı ilə qalib gəlib.

İdman.biz xəbər verir ki, görüşdə hesabı 58-ci dəqiqədə yarımmüdafiəçi Bruno Qimaraeş açıb. 84-cü dəqiqədə isə Nik Voltemade penaltidən fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.

Qeyd edək ki, bu qələbədən sonra “Nyukasl” 9 xalla turnir cədvəlinin 11-ci pilləsində, 5 xala malik “Nottinqem Forest” isə 17-ci yerdə qərarlaşıb.

İdman.Biz