“Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”

Xəbərlər
4 Oktyabr 2025 15:07
35
“Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”

“Oyun haqqında nə deyim? Yaşananlar utancvericidir”.

İdman.biz futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Alessio Kurçi Azərbaycan Premyer Liqasının VII turunda “Zirə”yə qarşı keçirilən oyun barədə danışarkən deyib.

Lüksemburqlu futbolçu komandasının qələbəyə layiq olduğunu bildirib: “Yekunda 2:2 hesabı qeydə alınsa da, biz qələbəyə layiq idik. İkinci hissədə geridönüş etdik. Ardıcıl qollar vurub hesabda önə keçdik. Təəssüf ki, son dəqiqələrdə qapımıza təyin olunan penalti 2 xal itirməyimizə səbəb oldu”.

Kurçi son dəqiqələrdə “Neftçi”nin qapısına təyin olunan penaltini biabırçı adlandırıb: “Məncə, hamı epizodu gördü. Matçdan sonra mən də epizodun videosuna baxdım. Bu, penaltidirsə, mən futbolla vidalaşaram”.

İdman.biz

Məqalədə: