UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olmuş “Benfika” klubunun futbolçuları və məşqçilər korpusunun üzvləri arasında virus təhlükəsi yaranıb.
İdman.Biz xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bir neçə futbolçu və Joze Mourinyonun rəhbərlik etdiyi məşqçilər heyətinin üzvlərində infeksiya əlamətləri aşkarlanıb.
Bildirilir ki, əsas simptomlar baş və əzələ ağrılarıdır. Bu vəziyyət “Portu” ilə sabah keçiriləcək Portuqaliya çempionatının 8-ci tur matçı ərəfəsində klub rəhbərliyində narahatlıq yaradıb.
Xatırladaq ki, J.Mourinyo daha əvvəl Londonda “Çelsi”yə qarşı keçirilən Çempionlar Liqası oyunu öncəsi özündə qrip əlamətləri hiss etdiyini demişdi. Hazırda tibbi heyət futbolçuların və məşqçilərin vəziyyətini diqqətlə izləyir.