“Qarabağ” Bakıda “Kopenhagen”ə qarşı çox yaxşı mübarizə apardı”.
Bu sözləri “Xankəndi”nin baş məşqçisi İbrahim Uzunca futbolinfo.az-a açıqlamasında deyib.
Türkiyəli mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Kopenhagen” üzərində 2:0 hesablı qələbəsini şərh edib: “Hesab 1:0 olduqdan sonra “Qarabağ” olduqca yaxşı mübarizə apardı. Hətta fərqi daha da artıra bilərdilər, bir neçə epizodu boşa verdilər. Eyni zamanda, rəqibə şans vermədən ikinci hissədə daha kontrollu oynadılar. İkinci qoldan sonra isə rahatladılar. Layiqli qələbə qazandılar”.
Uzunca Ağdam təmsilçisinin uğurlu nəticəni davam etdirəcəyinə inamını bildirib: “Qarabağ”la qürur duyuram. Başımızı ucaltdıqları üçün çox sağ olsun. Ümid edirəm ki, bu komanda ilk "24-lüy"ə düşəcək. Bu mövsüm Çempionlar Liqasına yaraşan mübarizə aparırlar. İnanıram ki, uğurlarının davamı gələcək. Türkiyədə “Qalatasaray”, Azərbaycanda isə “Qarabağ” bizə qürur yaşatmağa davam edir”.
