Kilian Mbappe “Kayrat”la oyuna start heyətdə çıxmayacaq

Xəbərlər
30 Sentyabr 2025 18:00
35
Kilian Mbappe “Kayrat”la oyuna start heyətdə çıxmayacaq

“Real”ın əsas ulduzu Kilian Mbappe bu gün “Kayrat”la keçirəcəkləri oyunun start heyətində yer almayacaq.

İdman.biz xarici KİV-ə istinadən xəbər verir ki, fransalı hücumçu yalnız ehtiyatdan meydana buraxıla bilər.

Böyük ehtimalla Mbappe ikinci hissədə oyuna qoşulacaq.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək “Kayrat” – “Real” qarşılaşması Almatının "Mərkəzi Stadion"unda saat 20:45-də start götürəcək.

İdman.biz