Şahmatın rapid və blits növləri üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
İdman.biz xəbər verir ki, Bakı Şahmat Klubunda təşkil olunan yarışda şahmatçılar əvvəlcə rapid, son gün isə blitsdə mübarizə aparıb.
Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib.
İki yarışın yekununa əsasən, 14 xal toplayan Ləman Hacıyeva Azərbaycan çempionatının qalibi olub. Ayan Allahverdiyeva 13,5 xalla ikinci yeri tutub. Hərəyə 13 xal toplayan Türkan Məmmədyarovayla Xəyalə Abdulla müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərdə üstün olan Məmmədyarova turniri üçüncü yerdə başa vurub.
Qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 3000 manat təşkil edib.
Qeyd edək ki, Azərbaycan çempionatı Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə mundiala seçmə xarakter daşıyıb.
İdman.biz